depozit-herracinda-yeddiqat-teleb

Depozit hərracında yeddiqat tələb

Mərkəzi Bank tərəfindən iyulun 15-də vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 724,8 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,51% təşkil edib.

İnsider.az xəbər veri ki, Mərkəzi Bank 100 milyon manat cəlb edəcəyini açıqlamış və bu məbləği də cəlb edib.

Xatırladaq ki, iyulun 8-də AMB tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 857,5 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,51% təşkil etmişdi. Mərkəzi Bank 150 milyon manat cəlb etdiyini açıqlamış və bu məbləği də cəlb etmişdi. Hərracda tələb təklifi 6 dəfəyə yaxın üstələmişdi.