deputatdan-bedbin-proqnoz-payizda-yoluxma-indikinden-defelerle-yuksek-olacaq-video

Deputatdan bədbin proqnoz: “Payızda yoluxma indikindən dəfələrlə yüksək olacaq” - VİDEO

“Azərbaycan səhiyyəsi ötən il yoluxmada beş min rəqəmlərinə belə hazırlıqlı olduğunu göstərdi. Amma indi yay aylarında dörd minə çatan rəqəmlər payızda ehtimal olunan rəqəmlərin qat-qat yüksək olmasından xəbər verir.

Bunu “ARB 24”ün gündəm verilişinə açıqlamasında deputat Rəşad Mahmudov deyib. O bildirib ki, peyvəndlənmə prosesinin sürətlə aparılması lazımdır:

“Peyvəndlər böyük dalğalar və yoluxma zamanı insanların səhhətinin daha çox ağırlaşmasının qarşısının alınmasında bizə dəstəkçidir. Həmçinin peyvənd reanimasiyaya düşmə faizinin azaltmaqla yanaşı, həm də peyvənd vurdurmayanlarla müqayisədə ölüm hallarından çox böyük fərq yaradacaq şəkildə qoruya bilmə gücünə sahibdir. Ötən il yoluxma 500 olanda tam qapanmalara gedilirdi.

Bu gün isə peyvəndin sayəsində ondan dəfələrlə yüksək rəqəmlər qarşısında sərt qapanmalara gedilmir. Bu da peyvəndin bizə vermiş olduğu gücdür. Pandemiya ilə mübarizədə ən az itkilərə səbəb olmaq üçün hər birimizin üzərinə məsuliyyət düşür. Bu gün müzakirəsiz şəkildə peyvəndlənmənin sürətlə aparılması və payız aylarına cəmiyyətin 60 faizindən çoxunun hazır olması gələcəkdə ola biləcək təhlükəli dalğalar qarşısında dövlətlərin və səhiyyə sisteminin daha sağlam mübarizə aparmasına imkan yaradır”.