Milli Məclisin iclasında deputat Etibar Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevi tənqid edib.
E.Əliyev deyib ki, Ramiz Mehdiyev AMEA-nı özünün istədiyi inzibati bir sistemə çevirib.
“Ramiz Mehdiyev özünün qisasçı və inzibatçı iş sistemini AMEA-ya da gətirib. Bununla da əmək qanunvericiliyinin tələblərini kobud sürətdə pozmağa başlayıb”, - deyə E.Əliyev əlavə edib.
Onun sözlərinə görə, R.Mehdiyev xüsusilə də Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndini əlində rəhbər tutaraq işçiləri işdən azad edir.
“Bu yaxınlarda da bir institut direktorunu bu bəndlə işdən çıxarıb. AMEA-da bu işləri keçmiş bir Rasim Ağasiyev adlı polis işçisinə həvalə edib”.