“Bəzi ölkələrdə məktəblərdə tədris yuxarı sinif şagirdləri üçün bərpa olunur”.
İnsider.az xəbərverir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Yeni” TV-nin canlı yayımında bildirib.
O qeyd edib ki, Azərbaycanda zərurət yaranarsa, məktəblər açıldıqda bu imkan nəzərdən keçirilə bilər:
“Bunu da hərtərəfli düşünəcəyik. Amma dərs ilinin sonuna kimi məktəblərin açılması, yəqin ki, real görünmür. Hazırkı vəziyyətdə insanlar arasında sosial məsafənin saxlanılması olduqca vacibdir. Məktəblərdə uşaqların bir-biri ilə məsafəni saxlaması çətin olacaq”.
Oxu.Az