Almaniyanın ən iri bankı olan “Deutsche Bank” radikal biznes reorqanizasiyası çərçivəsində 20 minə yaxın işçini ixtisar edəcək. İnsider.az bunu “BBC”-yə istinadla xəbər verir.
Müvafiq planın artıq bugün bankın müşaidə şurası tərəfindən təsdiqlənəcəyi gözlənilir.
Reorqanizasiyaya ehtiyac “Deutsche Bank”-ın bu ilin aprelində öz əsas rəqibi “Commerzbank”-la birləşmə barədə danışıqlarda məğlub olduğundan sonra yarandı.
“Deutsche Bank”-ın bu reorqanizasiyasının məqsədi onun böyüyən və faydalı biznes, həmçinin ümumilikdə iş effektivliyinin artırılması üzərinə köklənməsidir.
Qeyd edək ki, “Deutsche Bank”-dakı uzunsürən böhran bankın 6,7 milyard avroluq rekord itkilərlə üzləşdiyi vaxtdan, yəni 2015-ci ildən davam edir. 2016-cı ildə mənfiyə getməsi 1,4 milyard avro təşkil etdi və bu ilk növbədə ABŞ hökümətinin banka tətbiq etdiyi yüksək cərimələrlə bağlı idi. 2017-ci ilin itkilərinə isə ABŞ-ın vergiqoyulma sisteminin islahatından sonra yaranmış əlavə vergi yükü səbəb oldu.
Samirə Məmmədova