Almaniyanın aparıcı bankları “Deutsche Bank” və “Commerzbank” mümkün birləşmə barədə danışıqları dayandırırlar.
İnsider.az bu barədə “Reuters”-ə istinadla xəbər verir.
Agentliyin məlumatına görə, maliyyə institutlarının danışıqları “iflasa məhkumdur”.
Qeyd edilənə görə, hal-hazırda tərəflər danışıqlar üzrə yekun qərar almayıblar.
Bununla belə, “Deutsche Bank” və “Commerzbank” şərhlərdən imtina edib.
Samirə Məmmədova