Yuxu rejimində bir və daha çox saata dəyişikliklər hipertoniya, piylənmə və digər maddələr mübadiləsi pozuntularının inkişafı riskini 27% artırır.
İnsider.az “Daily Mail”-a istinadla yazır ki, belə nəticəyə Briqam Qadın Xəstəxanasının (ABŞ) alimləri gəlib.
Mütəxəssislər altı il ərzində 45-84 yaş arası olan 2000 nəfərlik qrupu izləyiblər. Onlar yuxu rejiminin müntəzəmliyindən asılı olaraq maddələr mübadiləsinin pozuntularında kəskin fərqlər aşkar ediblər.
Onların sözlərinə görə, yuxu və oyaqlıq rejiminin hər uyğunsuzluq saatı əhəmiyyət kəsb edib.
Belə ki, müxtəlif saatlarda oyanan insanlarda gələcəkdə hipertoniya, piylənmə və başqa pozuntu “qazanmaq” riski 27% daha çox oldu.
Belə mənfi effektin səbəbi sirkad ritmlərində gizlənir. Məhz onlar orqanizmdəki hormon səviyyəsinə cavabdehdirlər və həmçinin qana insulin buraxılmasına təsir edirlər.
Samirə Məmmədova