dgk-den-budce-daxilolmalari-artib

DGK-dən büdcə daxilolmaları artıb

Bu ilin yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2 478 555,3 min manat həcmində vergi və rüsumlar daxil olub. Bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 27,6% çoxdur.

İnsider.az xəbər verir ki, DGK-nin verdiyi məlumata görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 19,8% artaraq 596 928 min manat olub.

Həmçinin, yanvar-iyulda ƏDV üzrə daxilolmalar 27,4% artaraq 1 693 276,3 min manat, aksizlər üzrə 73,7% artaraq 162 447,2‬ min manat, yol vergisi üzrə daxilolmalar isə 25% artaraq 25 903,8 min manat təşkil edib.