di-kaprio-amazon-meseleri-ucun-5-milyon-dollar-ayirdi

Di Kaprio Amazon meşələri üçün 5 milyon dollar ayırdı

İyul ayında “Oskar” mükafatçısı Leonardo Di Kaprio, Loren Pauell-Cobs (Stiv Cobsun yoldaşı) və milyarder-investor olan Brayan Şetlə birgə iqlim dəyişikliklərinə qarşı mübarizə məqsədilə “Yerin Alyansı” adlı qeyri-kommersiya təşkilatını təsis edib.

Bu dəfə isə komanda “Amazon Forest” fövqəladə fondunun təsisi barədə elan edib.

İnsider.az bu barədə “RBK"-ya istinadən xəbər verir.

Fondun 5 milyon dollar məbləğində ilk yatırımı Amazoniyanın zərər çəkmiş avtoxton xalqlarının lazımi resurlarla təminatına və ən iri tropik meşə massivinin biomüxtəlifliyinin müdafiəsilə məşğul olan fondun partnyorlarının dəstəyinə gedəcək.

Avqustun 25-i aktyor öz “Instagram” hesabında yeni fonda ianələrin edilməsi çağırışı ilə post paylaşıb.

Qeyd edək ki, Amazoniya meşələri yanğına bürünüb – avqustun 15-dən bəri Braziliyada 9,5 min yeni meşə yanğınları baş verib, bu ilin ilk səkkiz ayı ərzində isə 74 mindən çox alışma qeydə alınıb – bu isə ötən illə müqayisədə demək olar, iki dəfə çoxdur. Yanğın miqyası Amazon ştatında fövqəladə vəziyyətin elanına səbəb olub.

Samirə Məmmədova