dim-32-sagirdin-buraxilis-imtahani-vereceyi-tarixi-aciqlayib-video

DİM 32 şagirdin buraxılış imtahanı verəcəyi tarixi açıqlayıb - VİDEO

Texniki xəta səbəbindən Bakı şəhəri 323 nömrəli tam orta məktəbin 32 nəfər XI sinif şagirdi aprelin 30-u və ya may ayında keçiriləcək əvvəlki illərin məzunları üçün nəzərdə tutulan imtahanda iştirak edə biləcəklər.

Bunu açıqlamasında Dövlət İmtahan Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib.

Qeyd edək ki, adıçəkilən məktəbin şagirdlərinin valideynləri Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirmişdi. Nazirliyin əməkdaşları valideynləri qəbul edərək buraxılış imtahanlarında iştirak edə bilməməsi ilə bağlı yaranan problemi şagirdlərin xeyrinə müsbət həll etmişdi.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaydığı məlumatda isə məsələnin həllinə operativ yanaşmadığına görə məktəb rəhbərliyi haqqında müvafiq ölçü götürüləcəyi deyilmişdi.

Report