dim-sedri-abituriyentlerin-sened-qebulu-vaxtlarini-aciqladi

DİM sədri abituriyentlərin sənəd qəbulu vaxtlarını açıqladı

“Ümumi (doqquzuncu sinif) orta təhsil bazasında kolleclərə qəbul yalnız buraxılış imtahanlarının II mərhələsinin nəticəsi əsasında aparılacaq”.

İnsider.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, bu il 19 mindən artıq abituriyent kolleclərə qəbul olmaq üçün ərizəsini təsdiq edib:

“Onlardan 1 mart 2020-ci ildə buraxılış imtahanında (I mərhələ) iştirak etmiş 4000 abituriyent müsabiqəyə qatılmaq üçün mütləq buraxılış imtahanının II mərhələsində iştirak etməlidirlər”.

M.Abbaszadə əlavə edib ki, tam (11 illik) orta təhsil bazasında kolleclərə sənəd qəbulu onlayn şəkildə 12 may-5 iyun tarixlərində təşkil ediləcək:

“Ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin sənəd qəbulu onlayn şəkildə 12 may-5 iyun tarixlərində aparılacaq”.