Dövlət İmtahan Mərkəzi (DİM) təqdim etdiyi elektron xidmətlərdən istifadə edənlərə xəbərdarlıq edib.
İnsider.az xəbər verir ki, mərkəzə məxsus server infrastrukturunun yeni ünvana köçürülməsi ilə əlaqədar 17,18,19 mart tarixlərində qurumun bütün elektron xidmətlərinin və informasiya sistemlərinin, o cümlədən “Tələbə-məzun”, “Şagird-məzun”, “Musiqi məktəbi-məzun” sistemi, “Dövlət qulluqçularının Reyestri” informasiya sisteminin fəaliyyətinin dayandırılması planlaşdırılır.
Qeyd edək ki, bu müddət ərzində mərkəzin internet saytının digər bölmələri işlək vəziyyətdə olacaq.