din-covid-19-xestelerinin-xestexanadan-qacmasi-ile-bagli-yayilan-melumatlar-esassizdir

DİN COVID-19 xəstələrinin xəstəxanadan qaçması ilə bağlı yayılan məlumatlar əsassızdır

"Sosial şəbəkələrdə aktiv koronavirus xəstələrinin xəstəxanadan qaçması ilə bağlı yayılan məlumatlar əsassızdır, yalandır".

İnsider.az xəbər verir ki, bunu "Report"un sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, yayılan məlumatlar tam və hərtərəfli olaraq yoxlanılıb: "Sosial şəbəkə istifadəçilərinə tövsiyə edirik ki, hər hansı məlumatı paylaşarkən diqqətli olsunlar".