Daxili İşlər Nazirliyi (DİN) məktəb məzunlarına və valideynlərə müraciət edib.
DİN-in mətbuat xidmətindən daxil olan müraciətdə deyilir:
“Hörmətli valideynlər!
Avtomobilinizi sürücülük hüququ olmayan yeniyetmələrə verməyin! Belə hallar aşkar olunduqda siz məsuliyyətə cəlb ediləcəksiniz.
Hörmətli məzunlar!
Özünüzü kiçik səhvlərə qurban verməyin! Valideynləriniz və cəmiyyətimiz sizdən böyük uğurlar gözləyir”.