din-resmisi-sesvermeden-sonra-serbest-toplasma-ile-bagli-xeberdarliq-etdi

DİN rəsmisi səsvermədən sonra sərbəst toplaşma ilə bağlı XƏBƏRDARLIQ ETDİ

"Səsvermədən sonra sərbəst toplaşma üçün normalara riayət etməyən qruplaşmaların qarşısı alınacaq".

Bu barədə Mərkəzi Seçki Komissiyasının Dairə Seçki Komissiyalarının sədrləri üçün keçirilən müşavirədə daxili işlər nazirinin müavini Oqtay Kərimov deyib.

O bildirib ki, mühüm tədbirin keçirilməsində Daxili İşlər Nazirliyi (DİN) öz üzərinə düşən vəzifələri böyük məsuliyyətlə həyata keçirəcək:

"DİN orqanlarının əməkdaşlarının xidməti fəaliyyət zamanı kobud davranışlara yol verməmələri, şəxslərlə ünsiyyət zamanı nöqsanlardan yayınmaları üçün zəruri tapşırıqlar veriləcək".

Oxu.Az