Fransız “Dior” moda evi “Antiguo Colegio de San Ildefonso”nun arkaları işıqlarında “Cruise 2024” kolleksiyasını təqdim edib. Kolleksiyanın diqqət mərkəzində Mexikodakı Muzey və Mədəniyyət Mərkəzində də mühüm rol oynayan Meksika irsi idi.
İkonik məkan onun yaradıcı direktoru Mariya Qrasia Kyuri tərəfindən diqqət mərkəzində olan və məşhur akademiyada təhsil alan meksikalı rəssam Frida Kaolo ilə əlaqəsi üçün seçilib.
Kolleksiyada Frida Kaolodan başqa yeddi müxtəlif yerli sənətkarın əsərləri də yer alıb. Mariya Qrasia Kyuri bu kolleksiyani kəpənək motivləri, ipək, pambıq krujeva saplari və çiçək motivləri ilə canlandırdı. Dior “Cruise 2024” şousunun finalı qadınların məruz qaldığı faciəvi zorakılıq hallarına diqqət çəkmək üçün multidissiplinar sənətçi Elina Chauvet tərəfindən xüsusi olaraq təşkil edilən "A Corazón Abierto" adlı güclü performansla yekunlaşdı..
Tədbirdə həmçinin aktrisa Naomi Watts, musiqiçi Alicia Keys və meksikalı aktrisa Karla Souza da daxil olmaqla bir sıra yerli və beynəlxalq məşhurlar iştirak edib.
Zəhra Allahverdiyeva