diqqetsizlik-avstraliyali-qadini-milyoncu-etdi

Diqqətsizlik avstraliyalı qadını milyonçu etdi

Avstraliyada Sidneydə qadın təsadüfən iki lotereya bileti alıb və 6,5 milyon dollar udub.

İnsider.az bu barədə Bratitaniyanın “Daily Mail” qəzetinə istinadla yazır.

Qadın “Keno” biletlərini aprelin 21-i bazar günü “Randwick’s club” əyləncə mərkəzinin avtomatında əldə edib. Onun sözlərinə görə, o, adətən etdiyi kimi bir bilet almaq istəyib, lakin yanlışlıqla iki bilet alıb. Bu yanlışlıq ona əsas uduşu bəxş edib.

Uduşa baxmayaraq, qadın işini atmayacağını söyləyib. O, əlavə edib ki, yaxınlarına kömək edəcək və pulu ailə məzuniyyətinə xərcləyəcək.

“Randwick’s club”-ın prezidenti Vik Smit (Vic Smith) qeyd edib ki, yaxınlıqda olanlar və müəssisənin bütün personalı onların klubunun üzvünün cekpot qazandığını biləndə çox xoşbəxt idilər. Uduşun kiçik hissəsi, adətə görə, bileti satmış satıcıya və ya bilet satışı üzrə avtomatın yerləşdiyi müəssisəyə çatır.

Samirə Məmmədova