direct-virtual-karti-tehlukesiz-serfeli-suretli

DİRECT virtual kartı: təhlükəsiz, sərfəli, sürətli

Dünyada baş verən son hadisələr nəticəsində insanların bir çox vərdişləri dəyişir. Bu dəyişikliklər məişət məsələləri ilə yanaşı, digər sahələri, o cümlədən maliyyə sektorunu da əhatə edir. Bu gün insanlar alış-veriş, ödənişlər və ümumilikdə bank əməliyyatlarını onlayn rejimdə həyata keçirməyə üstünlük verirlər. Belə əməliyyatların keçirilməsi üçün virtual kart çox rahat vasitədir.

Bank VTB (Azərbaycan)-ın DİRECT virtual kartı istifadəçiyə bir sıra məsələləri həll etməyə imkan verir. Kartın üstünlüklərindən biri onun asanlıqla əldə edilməsidir: Facebook sosial şəbəkəsində DİRECT  botuna daxil olmaq kifayətdir ki, kart istifadəçiyə pulsuz təqdim olunsun. Beləliklə, ərizə verib kartın buraxılışını gözləməyə, kart üçün filiala gəlməyə və s. ehtiyac yoxdur. Maliyyə alətini bir neçə dəqiqəyə almaq və dərhal istifadə etmək olar.

Eləcə də iki toxunuşla DİRECT kartını dost-tanışlar üçün açmaq mümkündür. Bunun üçün əsas menyuda “Dostunu dəvət et” düyməsini basmaq və gələn ismarışı kartın aktivləşdirilməsi üçün mesencerdə istənilən şəxsə göndərmək lazımdır. Bununla da yaxınlarınız plastik kartla eyni funksiyaya malik virtual kartı hədiyyə alacaq.

Fiziki bank kartı ilə mümkün olan əməliyyatları da elə həmçinin DİRECT kartı ilə mesencerdə həyata keçirmək olar.  

  • Kartdan karta pul vəsaitinin köçürülməsi və digər bankların kartlarından mədaxil
  • İstənilən onlayn alış-veriş
  • Mobil operatorların balansının artırılması
  • Kommunal xidmətlərin ödənilməsi
  • Kredit üzrə ödəniş
     

Əməliyyatların əksəriyyəti pulsuz həyata keçirilir ki, bu da kartın daha bir üstünlüyüdür. Virtual kartın balansının artırılması üçün komissiya tutulmur. Balansı aşağıdakı üsullarla artırmaq mümkündür:

  • İstənilən bankın kartı vasitəsilə
  • Bank VTB (Azərbaycan)-ın Cash İn funksiyalı terminallarında
  • eManat və MilliOn ödəniş terminallarında
  • Bank VTB (Azərbaycan)-ın filiallarında
  • Çat-botda formalaşdırılmış QR-kod vasitəsilə.

Onlayn alış-veriş sevənlər üçün əsas amil kartdan istifadənin təhlükəsizliyidir. Bir qayda olaraq, internetdə alış-veriş edən insanlar hesablarındakı vəsaitin güvənliyi üçün narahat olur. Bu məsələnin həlli üçün sadəcə müəyyən məbləği əsas kartdan virtual karta keçirmək və daha sonra lazımi ödənişləri onunla həyata keçirmək olar.

Virtual kart üzrə bütün əməliyyatlar ödəniş sistemlərinin və bank VTB (Azərbaycan)-ın sertifikatlaşdırılmış etibarlı əlaqəsi üzərindən yerinə yetirilir. Facebook sosial şəbəkəsi heç bir konfidensial məlumatı saxlamır (istifadəçi profil yaratdıqda daxil etdiyi məlumatlar istisna olmaqla).

Bütün bu amilləri nəzərə alaraq əminliklə demək olar ki, əməliyyatların sürəti, vəsaitlərinin təhlükəsizliyi və qənaətinə  üstünlük verənlər üçün virtual kart yaxşı seçimdir.

Linkə keçid edərək və ya aşağıdakı QR-kodu skan edərək, 10 saniyə ərzində DİRECT virtual kartına sahib olun: