Peşə təhsili müəssisələrinə direktor müavinlərinin mərkəzləşdirilmiş işə qəbulunun birinci mərhələsi başa çatıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, 14-21 aprel tarixlərində respublika üzrə ümumilikdə 31 vakant yerə 416 nəfər tərəfindən 825 müraciət daxil olub.
Müraciət edənlərdən 221 nəfəri kişi, 195 nəfəri qadındır. Onlardan 388 nəfəri ali təhsilli, 28 nəfəri orta ixtisas təhsillidir.
Hazırda müraciətlərin yoxlanması həyata keçirilməkdədir. 27 aprelədək sənədləri qaydasında olan şəxslərin ikinci mərhələyə keçməsi barədə məlumat şəxsi kabinetlərinə göndəriləcək. İlk mərhələdən keçən namizədlər üçün test imtahanının 2 may
tarixində təşkili nəzərdə tutulur.
Qeyd edək ki, sənədlərin yoxlanması zamanı əsas meyar olaraq vakant yer üzrə tələb olunan təhsil, iş təcrübəsi və sistemə daxil edilən təsdiqedici sənədlərin düzgünlüyü götürüləcək, adıçəkilən meyarlara uyğun olmayan müraciətlərə imtina veriləcək.
Report