dollar-3-ile-catib-10-tl-ye-qeder-bahalasdi

Dollar 3 ilə çatıb 10 TL-yə qədər bahalaşdı

Dollar/Türk lirəsi (TL) məzənnəsi daha bir səviyyəni aşıb.

1 dolların dəyəri ötən həftənin cümə günü ilk dəfə 10 TL-ni keçib və bu gün Bakı vaxtı ilə saat 08:54-də 10,0494 olub.

TL-nin dəyərdən düşməsi, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) inflyasiyanın artmasına baxmayaraq faiz endirimləri etməsilə sürətlənib. Eyni zamanda qlobal olaraq dolların bahalaşması TL-nin üzərində təzyiq yaradır.

Dolların 1 TL-dən 2 TL-yə yüksəlməsi 12 il davam edərkən, 4 TL-dən 10 TL-yə yüksəlməsi 3 il ərzində baş verib.

22 Fevral 2001-ci il tarixində TCMB, sabit məzənnə rejimindən dalğalı məzənnə rejiminə keçmişdir.

Marja