dollar-bahalasdi-avro-ucuzlasdi

Dollar bahalaşdı, Avro ucuzlaşdı

Bu gün Avrozona, İngiltərə və ABŞ-dan istehsal sektoru ilə bağlı önəmli fundamental göstəricilər yayımlanacaqdır.

Beynəlxalq maliyyə bazarlarında ABŞ ilə Çin arasında siyasi münasibətlərin daha da pozulması ehtimalları və Avrozonaya dair iqtisadi inkişaf göstəricilərinin proqnozlaşdırılandan da pis açıqlanması, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşmasına səbəb olub. Avrozonaya dair fundamental göstəricilərin proqnozlaşdırılandan pis açıqlanması, iqtisadiyyatdaki pisləşmənin və risklərin arta biləcəyinə işarədir. Xatırlatmaq lazımdır ki, ABŞ üzrə inkişaf göstəriciləri proqnozlardan yaxşı dərc edilmişdir. 

Lakin Asiya sessiyasında yenidən ucuzlaşmağa başlayan, dollar indeksi, beləliklə, keçən həftənin müqavimət səviyyəsi altında qaldıqca, yenidən ucuzlaşmaqda davam edəcəyi proqnozlaşdırılır. 

Hazırda foreks bazarlarında məzənnələrə əsas istiqamət verici qüvvə avro və dolların qiymətləridir. Son zamanlar ya avroya olan tələbin artması ilə dollar ucuzlaşır və ya əksinə. Bu tendensiyadan digər valyutaların məzənnələri də təsirlənməkdədir. 

Bununıa yanaşı, bu gün Bakı vaxtı ilə saat 12:00-da Avrozonadan, saat 12:30-da İngiltərədən və 18:00-da ABŞ-dan dərc ediləcək istehsal sektoru ilə bağlı önəmli fundamental göstəricilər də investorların diqqət mərkəzindədir.

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

Marja