Dollar "Fed"-in Sankt-Luis şöbəsinin sədri Ceyms Bullardın pul siyasətinə dair açıqlamasının ardından Asiyadakı əməliyyatlarda güclənib.
İnsider.az xəbər verir ki, "Fed" sədri Cerom Pauel çərşənbə axşamı günü Nyu-Yorkda Xarici Əlaqələr Şurasındakı çıxışında ABŞ iqtisadiyyatında risklərin artdığını və bu vəziyyətin daha aşağı faiz üçün zəmin hazıladığını deyib.
Bullard isə mövcud vəziyyətin faizi 50 bənd endirilməsini tələb etmədiyini bildirib.
© Marja.az