Gürcüstan Milli Bankı uçot dərəcəsini 0,5 bənd azaldaraq 8,5% səviyyəsində müəyyən edib.
Bunu bankın prezidenti Koba Qvenetadze bildirib.
Onun sözlərinə görə, koronavirus pandemiyası və dünya bazarlarında neftin kəskin ucuzlaşması fonunda Gürcüstanda mart ayında illik infilyasiya 6,1% təşkil edib.
Bankın proqnozuna əsasən, müvəqqəti faktorların səbəb olduğu infilyasiya bir neçə ay ərzində yüksək olaraq qalacaq, daha sonra isə tədricən azalacaq.
Monetar Siyasət Komitəsinin növbəti iclası 2020-ci ilin iyunun 24-nə təyin olunub.
Report