dollar-satisi-ucun-herrac-kecirildi-teleb-keskin-artib

Dollar satışı üçün hərrac keçirildi - TƏLƏB KƏSKİN ARTIB

20 Oktyabr 2022-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Hərracda tələb 53,2 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib (satış). Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

18 Oktyabr 2022-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 29,3 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi. 

2022-ci ilin əvvəlindən bu yana keçirilmiş 80 valyuta hərracında banklara 4 milyard 76,2 milyon dollar satılıb.

Valyuta hərracında yalnız banklar valyuta ala bilirlər.

Marja