ABŞ Prezidenti Donald Trampın açıqlamasının ardından Türkiyədə dolların qiyməti 6 lirəni keçdi.
İnsider.az xəbər verir ki, dünən ABŞ Prezidenti Donald Trampın Çin mallarına tətbiq edilən gömrük vergilərini artıracağını açıqlaması gərginliyi artırıb və bu vəziyyət dolları dəstəkləyir.
Dollar/tl məzənnəsi 6.0285 səviyyəsini test edib.
Bakı vaxtı ilə saat 16:40-da dollar/tl məzənnəsi 0.9% artımla 6.0196 səviyyəsində olub. Avro isə 6.74 lirəni keçib.
GÖZLƏR YSK-NIN QƏRARINDADIR
Son dövrdə tl-nin dəyərdən düşməsinin səbəblərindən biri olan İstanbuldakı seçki qeyri-müəyyənliyə bağlı Ali Seçki Komissiyasının (YSK) bu həftə qərar verməsi gözlənilir. Komissiya, bu gündən etibarən etirazları müzakirə edicək.
"Özyeğin" universitetindən Gizem Öztok Altınsaç məzənnədəki son yüksəlişə dair, "Trampdan Çin "tweet"i gəldi, biz dollarda yüksəliş gördük. Bu tamamilə xarici informasiya axını ilə bağlıdır, bu hərəkəti Cənubi Afrika rantında da gördük" deyib.
"Atlas Portfel"dən Cem Şekerci isə bildirib ki, "Məzənnə 6 psixoloji dəstəyini keçdi. Yüksəliş davam edəcək kimi görünür".