dollara-teleb-artib-herraclardaki-satisin-meblegi-aciqlandi

Dollara tələb artıb - HƏRRACLARDAKI SATIŞIN MƏBLƏĞİ AÇIQLANDI

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF)​ tərəfindən 2019-cu ilin iyul ayı ərzində 434,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

İnsider.az xəbər verir ki, bu barədə Fonddan bildirilib. 

Müqayisə üçün qeyd edək ki, Neft Fondu tərəfindən 2019-cu ilin iyun ayı ərzində 315,9 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. Beləliklə, İyulda valyuta satışı 119 milyon dollar və ya 27,4% artıb.

2019-cu ilin may ayı ərzində isə 352,4 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.

(ARDNF) tərəfindən 2018-ci ilin iyul ayı ərzində 536,6 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. Ötən ilin iyul ayı ilə müqayisədə valyuta satışı azalıb.