dollara-tesir-edecek-onemli-melumatlar-aciqlanacaq

Dollara təsir edəcək önəmli məlumatlar açıqlanacaq

Bu gün dollara təsir edə biləcək mühüm məlumatlar açıqlanacaqdır. Qlobal bazarlar ABŞ-da açıqlanacaq kənd təsərrüfatı xaric məşğulluq, işsizlik nisbəti və maaş artımı məlumatlarına fokuslanıb.

İnsider.az xəbər verir ki, məlumatlar Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaqdır. 

ABŞ-da apreldə kənd təsərrüfatı xaric məşğulluğun 181 min artacağı gözlənilir. Fevralda məşğulluq 196 min nəfər artmışdı.

Eyni zamanda, ABŞ-da işsizlik nisbəti məlumatı da açıqlanacadır. Dünyanın ən böyük iqtisadiyyatında işsizlik nisbətinin Apreldə də 3,8% təşkil edəcəyi proqnozlaşdırılır. Martda da işsizlik 3,8% təşkil etmişdi.

Həmçinin ABŞ-da maaşların illik və aylıq saatlıq artım nisbətləri də açıqlanacaqdır. 

Dolların qiymətləri  "məşğulluq" məlumatı öncəsi çox dəyişməyib. Bakı vaxtı ilə saat 10:00-da avro/dollar məzənnəsi 1.1172 səviyyəsində olub. 

Fed-in faiz endirəcəyinə dair güclü gözələntilər ilə dollar ucuzlaşmışdı. Dolların ucuzlaşması, ABŞ faiz endiriminə dair bazar gözləntilərinin azalması ilə yavaşlayıb. Fed sədri Cerom Pauel, ABŞ-da inflyasiyanın zəif gedişinin müvəqqəti faktorlardan qaynaqlanmış ola biləcəyini qeyd edərək, faiz endirimi üçün əhəmiyyətli bir səbəb olmadığını deyib. Bu açıqlama bazardakı narahatlığı azaldıb.

Kənd təsərrüfatı məşğulluq məlumatı kənd təsərrüfatı xaricində son ay ərzində işləyən insanların sayındakı dəyişiklikləri müəyyən edir. Məşğulluğun artması ölkənin pul vahidinə müsbət bir təsir göstərir. Kənd təsərrüfatı xaric məşğulluq məlumatının proqnozdan yüksək çıxması dollar üçün pozitiv/buğa, aşağı çıxması isə neqativ/ayı bazarıdır. Yeni iş yerlərinin açılması və nətəcədə gəlir əldə edən insanların daha çox xərcləməsi ümumi daxili məhsul (ÜDM) üçün önəmlidir.

©Marja