dollarin-qiymetlerine-qarsi-tezyiqler-artirmaqdadir

Dolların qiymətlərinə qarşı təzyiqlər artırmaqdadır

Dolların son bir il yarımının minimum səviyyələrinə yaxın ticarət edilməsi və FED sədrlərinin açıqlamaları, iqtisadiyyata dair narahatlıqları artırıb.

Beynəlxalq valyuta birjalarında dolların digər aparıcı valyutalara nisbətən orta qiyməti son bir ayın maksimum və minimum səviyyələri aralığında dalğalanmaqdadır. Bununla yanaşı, sözügedən səviyyələrin artıq cari və keçəm ilin minimum-dəstək səviyyələrinə yaxın olması, bunların aşağı istiqamətdə qırıla biləcəyi ehtimallarını da artırır. Bu, dolların daha sürətlə ucuzlaşa biləcəyi proqnozlarının artmasına səbəbdir. 

Amerika iqtisadiyyatına dair mənfi gözləntilər çərşənbə axşamı FED tərəfindən verilən açıqlamalarla daha da artmışdır. Bu da öz növbəsində dolların qiymətlərinə qarşı təzyiqləri artırmaqdadır. FED-in Atlanda ofisinin sədri Rafael Bostik böhranın daha uzun davam edə biləcəyini açıqlamışdır. Gələcək 3-4 həftə isə iqtisadiyyatın hansı sürətdə canlanacağı ilə bağlı təssüratın formalaşması üçün önəmli olacaqdır. Bu fikirlərə San-Fransisko Fed sədri Meri Deli də qoşulub. FED-in sədr müavini Riçard Klarida isə bankın əlavə maliyyə dəstək tədbirlərinin ola biləcəyini bildirməklə, Klivlend FED sədri Loretta Mester dövlətin əlavə dəstəyinin labüdlüyünü dilə gətirib. 

Bununla yanaşı, bu gün Amerikanın neft və benzin ehtiyatlarına dair açıqlanacaq önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzində olacaqdır, çünki bunlar iqtisadiyyatdakı aktiviyə dair siqnal verir. 

Marja