ABŞ-nin keçmiş prezidenti Donald Tramp bülletenlərin 50%-i işləndikdən sonra Miçiqanda Respublikaçıların ilkin seçkisində (praymerizdə) qalib gəlib.
Tramp səslərin 67%-dən çoxunu qazandığı halda, ABŞ-nin BMT-dəki keçmiş səfiri Nikki Heyli cəmi 27,2% səs toplayıb. Eyni zamanda, Heyli seçki yarışından çəkilməyəcəyini və Respublikaçılar Partiyasından prezidentliyə namizəd kimi mübarizəni davam etdirəcəyini bildirib.
Qeyd edək ki, ABŞ-də prezident seçkisi noyabrın 5-də keçiriləcək. Tramp 2022-ci ilin noyabrında seçki kampaniyasına qoşulacağını açıqlayıb. Demokrat Co Bayden isə 2023-cü il aprelin 25-də prezidentlik uğrunda yarışacağını bəyan edib.
Oxu.Az