donald-tramp-ukraynaya-destek-artirilmalidir

Donald Tramp: Ukraynaya dəstək artırılmalıdır

Ukraynaya dəstək artırılmalıdır.

Bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Ukraynanın sağ qalması ABŞ üçün zəruridir.

D.Tramp Ukraynaya kifayət qədər dəstək vermədiklərinə görə avropalı müttəfiqləri qınayıb.

Sabiq dövlət başçısı bildirib ki, Ukraynanın sağ qalması həm ABŞ, həm də Avropa üçün vacibdir.

D.Tramp daha əvvəl qeyd etmişdi ki, o, Ukraynadakı müharibəni cəmi bir sutkaya sonlandıra bilər.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.

Report