dord-banka-muveqqeti-inzibatci-teyin-edildi

Dörd banka müvəqqəti inzibatçı təyin edildi

Azərbaycan Respublikasnın Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-ə müvəqqəti inzibatçılar təyin olunmuşlar. 

İnsider.az xəbər verir ki, qanunvericiliyə uyğun olaraq qeyd olunan bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçmişdir.

Bu məsələ ilə bağlı əlavə məlumat təqdim olunacaq.

Müvəqqəti inzibatçı –  maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təyin edilən, ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası çərçivəsində maliyyə bazarlarına nəzarət orqanının adından bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən şəxsdir.

Bankın məcmu kapitalının miqdarı maliyyə bazarlarına nəzarət orqanının banklar üçün müəyyən etdiyi məcmu kapitalın minimum miqdarının 25 faizinə və ya onun adekvatlıq əmsalı 3 faizə çatdıqda; Bank hər hansı öhdəliyi üzrə ödənişlərin icrasını təmin edə bilmədikdə və ya icra müddəti bitməkdə olan öhdəliklərinin icrası üçün yetərli miqdarda likvid vəsaitə malik olmadıqda; qanunla müəyyən edilmiş digər əsaslar üzrə ləğv edilməli olduqda, banka müvəqqəti inzibatçının təyin edilməsi barədə qərar qəbul edilir.

Müvəqqəti inzibatçı təyin edildiyi gündən sonrakı gündən başlayaraq ən geci 30 təqvim günü müddətində rezolyusiya metodunu, şərtlərini, iqtisadi əsaslandırmasını və müddətlərini özündə əks etdirən tədbirlər planını ödəmə qabiliyyətini itirmiş bankın maliyyə göstəricilərinə əsasən hazırlayıb maliyyə bazarlarına nəzarət orqanına təqdim edir.

Ödəmə qabiliyyətini itirmiş bank ən geci 9 ayadək müddətə müvəqqəti inzibatçı tərəfindən idarə olunur. Bu müddət maliyyə bazarlarına nəzarət orqanı tərəfindən 3 ayadək müddətə uzadıla bilər. Bu müddətdə maliyyə bazarlarına nəzarət orqanı ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı aşağıdakı tədbirləri həyata keçirir:

- ödəmə qabiliyyətini itirmiş bankın sağlam banka qoşulmasını;

- ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərinin tam və ya qismən alıcı banka köçürülməsini;

- körpü bankın yaradılmasını, ödəmə qabiliyyətini itirmiş bankın sağlam aktivlərinin və öhdəliklərinin körpü banka köçürülməsini və körpü bankın investora satılmasını;

- ödəmə qabiliyyətini itirmiş bankın investora satılmasını;

-  ödəmə qabiliyyətini itirmiş bankın ləğvini.

Marja