dovlet-daha-cox-adama-190-manat-verecek

Dövlət daha çox adama 190 manat verəcək

"Dövlət tərəfindən 200 min deyil, 600 min aztəminatlı şəxsə 190 manat yardım göstəriləcək".

İnsider.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Prezident əlavə edib ki, qeyri-rəsmi işləyən şəxslərə də dövlət yardım edəcək:

"Tapşırıq verirəm 600 min nəfər aprel-may aylarında, yəni 2 ay, 190 manat dövlətdən alsınlar. Bu vəsaiti alan vətəndaşlardan xahiş edirəm ki, ikinci ödənişi almaq üçün bank hesabı açsınlar. Bu 600 min insan hər biri bank hesabı açsın və pulu bank köçürmə yolu ilə alsın". 

Marja