Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində keçirdiyi əməliyyatın ilkin səbəbi məlum olub.
Ötən gündən başlayan əməliyyat tədbirləri çərçivəsində saxlanılanlar ölkəyə gətirilən istehsal ili yeni olan nəqliyyat vasitələrinin rəsmiləşdirilməsində nöqsanlara yol verməkdə ittiham edilirlər.
İlkin məlumata görə, saxlanılanlar ölkəyə gətirilən istehsal ili 2019-cu və daha təzə olan avtomobilləri əzik, zədəli nəqliyyat vasitəsi kimi qeydiyyata alaraq rəsmiləşdirmə haqqını azaltmaq və digər nöqsanlarda şübhəli bilinirlər.
Əməliyyat zamanı avtomobilin rəsmiləşdirməsi zamanı saxtalaşdırma ilə bağlı təxminən 30-a yaxın qanunsuz sənəd aşkarlanıb.
10:40
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində keçirilən əməliyyat zamanı saxlanılanlar var.
Ötən gündən başlayan əməliyyat tədbirləri bu gün də davam edir.
İlkin ehtimallara görə, əməliyyat zamanı xüsusilə maliyyə işçiləri arasında yeddi nəfər saxlanılıb, beş nəfərin isə izahatı alınıb.
10:26
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində əməliyyat keçirir.
Unikal.az xəbər verir ki, hazırda əməliyyat tədbirləri davam edir.
Məlumatı Baş Prokurorluğun Mətbuat Xidmətindən təsdiq ediblər.
Qeyd olunub ki, əməliyyat barədə əlavə məlumat veriləcək.
Oxu.Az