dovlet-istiqrazlari-uzre-herraclar-kecirilecek-mebleg

Dövlət istiqrazları üzrə hərraclar keçiriləcək - MƏBLƏĞ

20 aprel 2021-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 40 milyon manatlıq Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;

Dövlət istiqrazının növü

Faizli, ortamüddətli dövlət istiqrazları

Qiymətli kağızın ISIN kodu

AZ0105012881

Emissiya həcmi

40,000,000 manat

Nominal dəyəri

100 manat

İstiqrazların tədavül müddəti

728  gün

Faiz ödənişləri (olduqda)

 

19 oktyabr 2021-ci il, 19 aprel 2022-ci il, 18 oktyabr 2022-ci il, 18 aprel 2023-cü il,

 

Faiz gəliri

7.0 %

Ödəmə tarixi

18.04.2023

Anderrayter

                 “PAŞA Kapital İŞ” QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.

Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.