dovlet-istiqrazlarina-ucqat-teleb-herracin-neticesi

Dövlət istiqrazlarına üçqat tələb - HƏRRACIN NƏTİCƏSİ

6 avqust 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105015751 ISIN-li, 25 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 96.4540 AZN (10.0000%) və 101.4657 AZN (7.200%) olan 24 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 101.2994 (7.2900%), orta ölçülmüş qiyməti 101.3264 (7.2754%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 74 milyon 144 min 100 manat, yerləşdirilmiş həcmi isə 25 milyon manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  03.08.2021-ci il.

Hərrac iştirakçıları 7 avqust 2019-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.