dovlet-istiqrazlarinin-yerlesdirilmesi-uzre-herrac-kecirilecek

Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

26 aprel 2022-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10 milyon manatlıq Dövlət Uzunmüddətli İstiqrazları (DUİ) üzrə hərrac keçiriləcəkdir.

Birjanın yaydığı məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;

Dövlət istiqrazının növü

Kuponlu, uzunmüddətli dövlət istiqrazları

Qiymətli kağızın ISIN kodu

AZ0110002950

Emissiya həcmi

10 000 000 manat

Nominal dəyəri

100 manat

İstiqrazların tədavül müddəti

2548  gün

Faiz ödənişləri (olduqda)

9 avqust 2022-ci il, 7 fevral 2023-cü il  8 avqust 2023-cü il, 6 fevral 2024-cü il

6 avqust 2024-cü il, 4 fevral 2025-ci il

5 avqust 2025-ci il, 3 fevral 2026-cı il

4 avqust 2026-cı il, 2 fevral 2027-ci il

3 avqust 2027-ci il, 1 fevral 2028-ci il

1 avqust 2028-ci il, 30 yanvar 2029-cu il

Faiz gəliri

6.0 %

Ödəmə tarixi

30.01.2029

Anderrayter

                 “PAŞA Kapital İŞ” QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.

Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.