10 sentyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105017757 ISIN-li, 15 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 97.3093 AZN (9%) və 101.28 AZN (6.80%) olan 19 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.366 AZN (7.3%), orta ölçülmüş qiyməti 100.4837 AZN (7.23%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 42 milyon 665 min 200 manat yerləşdirilmiş həcmi isə 15 milyon manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 07.09.2021-ci il.
Hərrac iştirakçıları 11 sentyabr 2019-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
© Marja