dovlet-katibi-baydenle-putin-yaxin-heftelerde-gorusecekler

Dövlət katibi: Baydenlə Putin yaxın həftələrdə görüşəcəklər

“ABŞ prezidenti Cozef Baydenlə Rusiya prezidenti Vladimir Putin böyük ehtimalla yaxın həftələrdə görüşəcəklər”.

Bunu ABŞ-ın dövlət katibi Entoni Blinken İslandiyanın “RUV” dövlət teleradio şirkətinə müsahibəsində bildirib.

Dövlət katibi “Siz İslandiyanı dövlət başçılarının görüşünün keçiriləcəyi potensial yer sayırsınızmı” sualına belə cavab verib: “Sözsüz, mən görüş yeri üçün buranı namizəd göstərərdim. Onu da qeyd edim ki, evə qayıtdıqdan sonra mən bu işlə məşğul olacağam”.

Qeyd edək ki, mayın 19-da Artika Şurası xarici işlər nazirilərinin sessiyası çərçivəsində ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş olub.

Report