Dövlət Miqrasiya Xidmətində kadr dəyişikliyi baş verib.
İnsider.az xəbər verir ki, bu barədə Xidmətin rəisi Vüsal Hüseynov əmr imzalayıb.
Əmrə əsasən, Elnur Kələntərov DMX-nın İctimaiyyətlə əlaqələr idarəsinə rəis təyin olunub.
O, bundan əvvəl DMX-nin İctimaiyyətlə əlaqələr idarəsinin rəis müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, E.Kələntərov əvvəllər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri vəzifəsində çalışıb.
Oxu.Az