dovlet-neft-fondu-dollar-satisini-keskin-azaldib-resmi

Dövlət Neft Fondu dollar satışını kəskin azaldıb - RƏSMİ

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında satılan vəsaitin həcmi açıqlanıb.

2021-ci ilin yanvar-iyul ayları ərzndə 3 227 700 000 ABŞ dolları məbləğində vəsait satılıb.

Bu vəsait 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1 298 000 000 ABŞ dolları qədər və ya 28,7 faiz azdır.

Təkcə iyul ayı ərzində Fond tərəfindən valyuta hərraclarında 461 600 000 ABŞ dolları məbləğində vəsait satılıb. Bu əvvəlki ayla (iyun, 2021-ci il) müqayisədə 0,4 faiz, 2020-ci ilin müvafiq dövrünə nəzərən isə 10,5 faiz azdır.

Qeyd edək ki, Dövlət Neft Fondu tərəfindən cari ilin iyun ayında 463 600 000 ABŞ dolları, 2020-ci ilin iyul ayında isə 515 500 000 ABŞ dolları məbləğində vəsait satılıb.

2020-ci ilin yanvar-iyul ayları ərzində isə Dövlət Neft Fondu tərəfindən 4 525 700 000 ABŞ dolları məbləğində vəsait satılıb.

Oxu.Az