Avqustun 3-də “2019-23-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2023-cü il üzrə ikinci sənəd qəbuluna start verilir.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, proqrama nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda xaricdə doktorantura səviyyəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilərlər.
Müraciət üçün tələb olunan sənədlərin siyahısı, elan və qeydiyyat linki müvafiq keçiddən əldə oluna bilər.
Proqrama müraciət müddəti 20 sentyabr 2023-cü ilə kimi davam edəcək.
Əlavə sual yarandığı zaman dpinfo@edu.gov.az elektron poçt ünvanına müraciət ünvanlaya bilərsiniz.