dovlet-qullugunda-inzibati-rehber-vezifeler-uzre-musabiqeye-qeydiyyat-basa-catir

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqəyə qeydiyyat başa çatır

Dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat başa çatır.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Qeydiyyat prosesi bu gün saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzi tərəfindən 23 oktyabr 2020-ci il tarixində inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı 21 oktyabr saat 23:50-dək aparılacaq.