“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) karantin rejimini pozduğuna görə cərimələnib.
Protokol baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilib. İş hakim Babək Pənahovun icraatındadır.
QSC-yə protokol İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) maddəsi ilə tərtib olunub.
Bu inzibati xətaya görə, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir.
Report