dovlet-xidmeti-azerbaycana-kiberhucumlarin-sayi-arta-biler

Dövlət Xidməti: Azərbaycana kiberhücumların sayı arta bilər

“Gözlənilən haldır ki, Azərbaycana kiberhücumların sayı artıb. İstər müharibə dövründə, istər müharibədən sonra bunu izləyirik. Görürük ki, tendensiya artır”.

Bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov deyib.

O bildirib ki, kritik qurumların müəyyənləşməsi istiqamətində işlər gedir:

“Üç il ərzində bu tədqiqatlar aparılacaq. Daha dəqiq seçim üçün bu önəmlidir. Kritik qurumlarla  siyahısı ciddi ölçmə məsələlərinə görə gecikmələr var. Amma il sonuna qədər bu siyahı hazırlanıb Nazirlər Kabinetinə təsdiq üçün göndəriləcək”.

Oxu.Az