dovlet-yol-polis-idaresinin-reisi-vezifesinden-azad-olundu

Dövlət Yol Polis İdarəsinin rəisi vəzifəsindən azad olundu

Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi, polis polkovniki Nüşrəvan Səfərov vəzifəsindən azad olunub.

Məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, N.Səfərov son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

© "Report"