dovriyyede-olan-nagd-pul-artir

Dövriyyədə olan nağd pul artır

2019-cu ilin iyun ayında Azərbaycanda pul bazası 204,5 milyon manat artıb.

İnsider.az xəbər verir ki, Mərkəzi Bankın statistikasının məlumatına görə, 28 iyun 2019-cu il tarixində pul bazası 10 milyard 376.9 milyon manat təşkil edib. Mayın sonunda pul bazası 10 milyard 172.4 milyon manata çatmışdı.

Pul bazası dedikdə - Pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.