1883-cü ildə Nyu-Yorkda gündəlik iki səhifədən ibarət maliyyə vərəqəsi çıxıb. O, “Customers' Afternoon News Letter” (“Müştərilərin Gündüz Xəbər Bülleteni”) adlandırılıb.
Əlyazma nəşrdə o dövrün investorları və brokerlərinə faydalı olacaq baş xəbərləri, həmçinin birjadakı kotirovkaları (qiymət təyin edilmələri) əks edilib. Aylıq abunəlik 1,5 dollar idi. Hər gün oğlanlar müştərilərə nüsxələri Nyu-Yorkun Uol-strit rayonu boyu paylayıb.
Xəbər vərəqəsi tez populyarlaşıb. Gündəlik bülletenə minə yaxın insan abunə olub və tezliklə “Customers' Afternoon News Letter” maliyyə xəbərlərinin hörmət edilən mənbəsinə çevrilib.
Bülletenin nəşri qənnadı mağazasının zirzəmisində yerləşən “Dow, Jones & Company” olub. Şirkəti müxbir Çarlz Berqstresser, Edvard Devis Cons və Çarlz Dou təsis edib.
15 may 1884-cü il, "“Customers' Afternoon News Letter”-in nüsxəsi
Zirzəmidə qaranlıq otaq, boş divarlar, künclərdəki üç masa, mərkəzdəki bir çap maşını — həmin vaxtlar “Customers' Afternoon News Letter”-in redaksiyası təxminən belə görünüb. Xəbər agentliyi müxbir Berqstresserin puluna işə salınıb. Cons statistika və maliyyə hesabatları üzrə ekspert olaraq çıxış edirdi, Dou isə redaktor oldu.
“Customers' Afternoon News Letter” -in rəqiblərindən bir mühüm fərqi vardı — xəbərlər qərəzsiz yazılırdı. Həmin dövrdə maliyyə qəzetləri səhmlərə təsir etmək üçün məqalələri sadə dildə buraxırdı. Xəbər təqdimatının yeni formatda olması xəbər bülleteninin məşhur olmağına kömək etdi.
“Dow Jones”-un ilk indeksi – nəqliyyat
1884-cü ildə “Dow, Jones & Company” öz fərdi indeksini nəşr etməyə başladı. İndeks “Dow Jones Transportation Average” adını aldı. Onun ilk nəşr günü iyulun 3-dür.
Əvvəlcə indeksə hər biri dəmir yolu ilə insan və mal daşıyan ABŞ-ın doqquz nəqliyyat şirkəti daxil idi. Bu səbəbdən indeksi “dəmiryolu” adlandırmışdılar.
İlk vaxtlar indeks ona daxil olan şirkətlərin səhmlərinin ümumi dəyərindən orta arifmetik qiymət kimi hesablanırdı. Vaxt keçdikcə, siyahıya yeni şirkətlər daxil olunurdu, digərləri isə əksinə, siyahıdakı yerini itirirdi.
İndeks bugün də hesablanır, lakin onu artıq “dəmiryolu” adlandırmaq olmaz. Ötən onilliklər ərzində indeksdə ilkin siyahıda mövcud olan cəmi bir şirkət qalıb — Birləşmiş Ştatlarda ən böyük dəmiryolu şəbəkəsinin sahibi “Union Pacific Railroad”.
Günümüzdə “Dow Jones Transportation Average” dünyanın fəaliyyət göstərən ən yaşlı indeksi olaraq qalır. Qlobal qiymətləndirmə üçün o, artıq istifadə edilmir — iqtisadi prosesslər qat-qat texnoloji olublar. İndeks hesablamalarında əsas təşkil edən göstərici şirkətlərin qiymətidir, belə sadələşdirilmiş yanaşma isə treyderlərdə şübhəyə səbəb olur.
“Dow Jones Transportation Average”-un tərkibində 2019-cu ildə mövcud olan şirkətlər:
Alaska Air Group
American Airlines
Avis Budget Group
C.H. Robinson Worldwide
CSX Corp
Delta Air Lines
Expeditors International of Washington
FedEx
J B Hunt Transport Services
JetBlue Airways
Kansas City Southern
Kirby Corp
Landstar System
Matson Inc
Norfolk Southern
“Dow Jones”-un ikinci indeksi — sənaye
“Dow Jones Transportation Average”-dən 12 il sonra “Dow Jones Industrial Average” indeksi çıxır. Adında da göründüyü kimi, bu indeksdə fond bazarında mövcud olan sənaye şirkətlərinin səhmləri hesablanırdı.
Bu indeksi 1896-cı idə nəşr etməyə balayanda, “Customers' Afternoon Letter” xəbər jurnalı artıq mövcud deyil idi. İndeksin yaranmasından beş il qabaq iki səhifəlik bu nəşrin əvəzinə “Dow, Jones & Company” “The Wall Street Journal” qəzetini buraxmağa başlamışdı.
Məhz bu qəzetdə sənaye və nəqliyyat göstəriciləri çap olunurdu. İndekslərin tərtibatçısı Çarlz Dounun ideyasına görə, cəmdə bu göstəricilər amerikan iqtisadiyytaındakı vəziyyəti əks etdirməli idilər.
Bugün “Dow Jones”-un sənaye indeksi “S&P 500” və “Nasdaq”-la yanaşı bazar üçün əsas səmt göstərən amilə çevrilib. “Dow Jones Transportation Average” ABŞ-ın 30 ən iri və daha nüfuzlu şirkətlərindən ibarətdir. Onun haqq-hesab sistemini tamamlayıblar — orta arifmetik qiymət əvəzinə şirkətin alver etdiyi səhm sayının artma hallarını nəzərə alan miqyaslaşan orta qiymət istifadə olunur.
XXI əsrdə “Dow, Jones & Company” ə hörmətli informasiya şirkətlərindən birinə çevrilib. Hazırda “News Corp” mediakorporasiyalar da ona məxsusdur. Onun hesabladığı indekslərin sayı yüzlərlədir və onlar maliyyə bazarının ən müxtəlif aspektlərini əhatə edir. Onların əksəriyyəti dar mütəxəssislərə faydalıdır və ya fərdi ehtiyacları üçün şirkətlər tərəfindən sifariş olunur.
Samirə Məmmədova