dtx-den-emeliyyat-saxlanilan-nazir-muavini-istintaqa-celb-edildi-yenilenib

DTX-dən ƏMƏLİYYAT: Saxlanılan nazir müavini istintaqa cəlb edildi - YENİLƏNİB

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyindəki keçirdiyi əməliyyat zamanı nazir müavini istintaqa cəlb edilib.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev də əməliyyatla bağlı başlanılan cinayət işi çərçivəsində istintaqa cəlb olunub.

Onu da qeyd edək ki, mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramov 2020-ci ildə DTX-nin keçirdiyi əməliyyatda saxlanılıb və məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilib.

13:29

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib. 

Əməliyyat nəticəsində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev də saxlanılıb. 

12:44

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirir.

Əməliyyat zamanı vəzifəli şəxslərin saxlanıldığı bildirilir.

Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məsələ ilə bağlı Oxu.Az olaraq Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

APA