Dünya Bankı Qlobal İqtisadi Gözləntilər Hesabatının İyun 2020 sayını yayımlayıb.
İnsider.az xəbər verir ki, Dünya Bankı 2020-ci ildə Azərbaycan iqtisadiyyatının 2,6% azalacağını, 2021-ci ildə isə 2,2% artacağını gözləyir.
Dünya Bankı bundan əvvəlki hesabatında Azərbaycan iqtisadiyyatının 0.2% azalacağını, 2021-ci ildə 2,2% artacağını nəzərdə tuturdu.
Beləliklə, Dünya Bankı 2020-ci ildə Azərbaycan iqtisadiyyatının daha çox kiçiləcəyini gözləyir.
Azərbaycan iqtisadiyyatının azalmasına yeni növ koronavirus (Kovid-19) epidemiyasına qarşı görülən tədbirlər və neftin ucuzlaşması səbəb olur.
Marja