Sara Maykl Dünya Bankının (DB) Azərbaycan üzrə yeni meneceri təyin olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankın Bakı ofisindən məlumat verilib.
Sara Maykl 4 il Dünya Bankının Azərbaycan üzrə meneceri vəzifəsində çalışmış Navid Naqvini əvəz edəcək. O, vəzifəsinin icrasına iyulun 1-dən başlayacaq.
Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür. İndiyədək bank Azərbaycana 50-dən çox layihənin həyata keçirilməsi üçün 3,5 milyard dollar məbləğində kredit ayırıb.